Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov tərəfindən rayon ərazisində meliorasiya və irriqasiya işlərinə baxış keçirilib

28 noyabr 2023 | 19:18

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən rayon ərazisində meliorasiya və irriqasiya işlərinə baxış keçirilib.

Əkin sahələrinin bol su ilə təmin edilməsi üçün və bu sahədə qabaqlayıcı tədbirlər haqda rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilova məruzələr edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən ərazilərə baxış keçirilərək mühəndislərin təklifləri müzakirə edilmişdir.

Əkin sahələrinin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Rayon ərazisində olan kanallar lildən və kollardan təmizlənmiş, cari ildə Muğan torpaq kanalının 620 metr hissəsi beton üzlüyə alınmış, bəndlərin su ilə doldurulması və suvarma işlərinin effektli aparılması üçün Bolqar çaydan əlavə kanal qazılması nəzərdə tutulmuşdur.

Keçidlər