Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov ümumtəhsil müəssisəsinə gedərək müəllimləri təbrik edib

05 oktyabr 2022 | 12:37

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəliovun fəaliyyətə başladığı ilk gündən rayonda daim diqqət mərkəzində saxladığı sahələrdən biri də təhsil sahəsidir. İstər müəllimlər, istərsə də şagirdlər rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğını elə ilk gündən hiss edirlər.

Bu gün Rafiq Cəlilov 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbdə olmuşdur.

Məktəbdə tədris işçiləri ilə görüşən rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov müəllimləri Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara Azərbaycanın sabahı üçün yüksək səviyyəli, savadlı, bacarıqlı gənclərin yetişdirilməsində uğurlar arzulayıb. İcra başçısı ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdikləri diqqət və qayğıdan danışıb. RİH başçısı bildirib ki, hazırda Cəlilabad rayonunda təhsil infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülür. Yeni təhsil müəssisələri tikilərək istifadəyə verilir. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına lazımi şərait yaradır.

Təhsil işçiləri Cəlilabad müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda bir qrup müəllimə rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olunub.

Keçidlər