Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov üzümçü fermerlərlə görüşüb

03 avqust 2022 | 15:15

İqtisadiyyatının əsasını aqrar sahə təşkil edən Cəlilabad rayonunda zəngin üzümçülük ənənələri sayəsində üzümçülük daim inkişaf etdirilir, rayonlaşdırılmış üzüm sortlarından yeni üsullarla üzüm plantasiyaları salınmasına başlıca diqqət yetirilir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və xalis gəlirliyinə görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir.

03 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimovla birlikdə rayonun Hamarqışlaq kəndində üzüm bağlarında olmuş, məhsul yığımı ilə maraqlanmışdır.

Rafiq Cəlilov fermerlərlə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər ətrafında fikir mübadiləsi aparmışdır.

Üzümçü fermerlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirərək, dövlətimizin bu sahəyə qayğısından bəhrələnərək Cəlilabad rayonu üçün ənənəvi olan üzüm sahələrinin daha da genişləndirilməsi əzmində olduqlarını bildirmişlər.

Cəlilabad rayonu ərazisində üzüm bağlarının ümumi sahəsi 1400 hektardan çoxdur. Bu il fermerlər 20 hektara qədər əlavə üzüm bağları salıblar. Qeyd edək ki, rayonda təxminən 20 üzüm növü becərilir. Bunun 15 faizini yerli üzüm sortları təşkil edir.

Keçidlər