Rafiq Cəlilov Uzuntəpə kənd su anbarında görülən işlərlə tanış olmuşdur
27 may 2024 | 19:15
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev, Uzuntəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Loğman Hüseynov, Suvarma Sistemləri İdarəsinin rəhbəri Xanlar Mirzəyev və digər aidiyyəti şəxslərlə birlikdə Uzuntəpə kəndində yenidənqurulan su anbarında görülmüş işlərin mövcud vəziyyəti ilə maraqlanmışdır.
Suvarma Sistemləri İdarəsinin rəhbəri Xanlar Mirzəyev rayon rəhbərinə görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon rəhbəri rayonun su ehtiyatlarının artırılması üçün bütün imkanlardan istifadə edilməsi barədə Meliorasiya və su təsərrüfatı idarəsi işçilərinə tapşırıq və göstərişlərini vermişdir.