Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov V İslam Həmrəyliyi Oyunlarının bayraqdarı və gümüş mükafatçısı Zaur Paşayevlə görüşüb

25 avqust 2022 | 14:14

24 avqust 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov V İslam Həmrəyliyi Oyunlarının bayraqdarı, 2 qat İslam Oyunları qalibi və son İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanan Zaur Paşayev və onun məşqçisi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəhriyar Əsgərovu qəbul edərək təbrik edib, gələcək yarışlarda idmançıya uğurlar arzulayıb. İcra başçısı bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının fiziki sağlamlığına xüsusi önəm verən ölkə Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirir, idmanın inkişafı istiqamətində mühüm qərarlar qəbul edir.

İdmançı və məşqçisi ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər