Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Vətən müharibəsi qazisini evində ziyarət edib

07 oktyabr 2022 | 09:38

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsində hər iki gözünü itirmiş Vətən müharibəsi qazisi İsmayıl Hüseynovu evində ziyarət edib, onun səhhəti ilə maraqlanıb.

Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, bu qələbədə Silahlı Qüvvələrimizin, onun sıralarında döyüşən cəlilabadlı əsgər və zabitlərin şücaətindən, habelə bu gün ölkəmizdə şəhidlərimizin ailələrinə və qazilərə, eləcə də döyüşçülərə göstərilən dövlət qayğısından danışılıb.

Görüşdə qazi İsmayıl Hüseynov cəbhə xatirələrindən, şərəfli döyüş yolundan bəhs edib.

Sonra qazinin və onun ailəsinin qayğıları ilə maraqlanılıb, qaziyə icra başçısı tərəfindən hədiyyələr təqdim olunub.

İsmayıl Hüseynov və yaxınları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, qazi Hüseynov İsmayıl Məhəmməd oğlu 18 sentyabr 1998-ci ildə Cəlilabad şəhərində anadan olub. Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılıb. Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 2021-ci il oktyabrın 20-də Qubadlı istiqamətində aparılan  döyüşlər zamanı düşmənin minomyot mərmisinin zərbəsi nəticəsində ağır yaralanaraq bir həftə koma vəziyyətində qalıb, hər iki gözü görmə qabiliyyətini itirib.

Keçidlər