Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Xəlilabad kəndində səyyar qəbul-görüş keçirib

16 noyabr 2022 | 10:05

16 noyabr 2022-ci il tarixdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Xəlilabad kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. Xəlilabad kənd tam orta məktəbinin iclas zalında keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd sakinləri iştirak ediblər.

Qəbul başlamazdan öncə Vətən müharibəsində və sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətlərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəliov çıxış edərək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqlarımızın azad edilməsindən, Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.

Görüşdə kənd sakinləri onları narahat edən məsələlərlə bağlı müraciətlərini rayon rəhbərinin diqqətinə çatdırıblar. Sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər