Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov Xəlilabad kəndindəki bənddə aparılan yenidənqurma işlərinin mövcud vəziyyəti ilə maraqlanıb

12 iyul 2023 | 19:09

Qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların xeyli azalması, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarmasının və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Bununla əlaqədar rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilovun tapşırığı əsasında Xəlilabad kəndi ərazisindəki bənddə yenidənqurma işləri aparılır. Rayon rəhbəri bənddə gedən  işlərlə tanış olmuş, müvafiq tapşırıq və göstərişlərini vermişdir.

Keçidlər