Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin idarə heyətinin sədrini qəbul etmişdir

25 iyun 2025 | 12:46

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin idarə heyətinin sədri Bəhruz Məmmədzadəni qəbul etmiş və ictimai birliyin Cəlilabad rayon filialının sədri Famil Fərəcov Rayon İcra Hakimiyyətinin başçısına təqdim edilmişdir.

Qəbul zamanı ictimai birliyin sədri Bəhruz Məmmədzadə RİH başçısı Rafiq Cəlilova “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin məqsədi müharibə iştirakçıları və şəhid ailələrinin hüquqları, onlar üçün nəzərdə tutulan sosial yardımlar, güzəştlər, digər dövlət xidmətləri, bu xidmətləri həyata keçirən dövlət qurumlarının fəaliyyət istiqamətləri haqqında və xidmətlərə müraciət zamanı vətəndaşlara lazım olacaq sənədlər, müraciət şərtləri və prosesin gedişində yarana biləcək digər məsələlərlə bağlı köməklik göstərilməsi olduğunu bildirmişdir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov ictimai birliyin və həmçinin rayon filialının üzvlərinə fəaliyyətlərində uğurlar arzu etmişdir.

Keçidlər