Rafiq Cəlilov yaralı hərbi qulluqçularımızı ziyarət edib
19 sentyabr 2022 | 16:47
Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanmış Cəlilabad rayonundan olan 8 nəfər hərbi qulluqçumuz tibb müəssisələrinə yerləşdirilmişdir. Onlardan 2 nəfəri sağalaraq ordu sıralarına qayıtmış, 6 nəfərinin isə hal-hazırda müalicəsi davam etdirilir.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan hərbiçilərimizi ziyarət edib. Həmçinin Rafiq Cəlilov Milli Məclisin deputatı Malik Həsənovla birlikdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə olunan hərbiçilərimizlə görüşmüşdür. Görüşlərdə RİH başçısı hərbi qulluqçularımızın səhhəti və qayğıları ilə maraqlanıb, onlara tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.