Şriftin ölçüsü :

Saytın rəngi :

Rafiq Cəlilov yeni inşa olunan məktəb binalarında görülən işlərlə maraqlanıb

30 yanvar 2023 | 16:26

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri qayğı nəticəsində ölkəmizdə yeni tikilən və ya əsaslı təmir edilən təhsil müəssisələrinin sayı ildən-ilə artır. Ölkəmizdə təhsil sahəsinin inkişaf etdirilməsində Heydər Əliyev Fondun həyata keçirdiyi və bütün ölkədə böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” proqramlarının da rolu böyükdür. Məhz bu proqramlar çərçivəsində hər il ölkə üzrə yüzlərlə orta məktəb binaları tikilir, təmirə ehtiyacı olan məktəb binaları isə əsaslı şəkildə yenidən qurulur. Ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Cəlilabada da hər zaman hiss olunur.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov  rayonun Sərhədabad və Söyüdlü kəndlərində inşa edilən məktəb binalarında görülən işlərlə maraqlanıb.

Qeyd edək ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Sərhədabad kənd tam orta məktəbinin qəzalı vəziyyətdə olan əvvəlki binasında söküntü və eyni zamanda yeni məktəb binasının bünövrəsi üçün qazıntı planlama işləri aparılır. Yeni məktəb binası birtipli layihə əsasında 360 yerlik olmaqla inşa ediləcək. Binanın tikintisinə sinif otaqlarından əlavə açıq və qapalı idman zalları, akt zalı, laboratoriya otaqları və kabinetlər daxildir.

Söyüdlü kənd ümumi orta məktəb binası Prezident İlham Əliyevin 2022-ci il 16 may tarixli Sərəncamına əsasən tikilir. 96 şagird yerlik modul tipli məktəb binası doqquz sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Hazırda məktəb binasında daxili tamamlanma işləri görülür.

Kənd əhalisi kəndlərdə yeni məktəb binalarının tikintisini razılıq hissi ilə qarşılayırlar. Məktəblərin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər