Rafiq Cəlilov Zopun kəndində vətəndaşlarla növbəti səyyar qəbul-görüş keçirib
04 mart 2026 | 18:10
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Zopun kəndində yaşayan vətəndaşlarla növbəti səyyar qəbulunu keçirib. Qəbulda rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov ölkəmizdə və rayonumuzda həyata keçirilən infrastruktur layihələr, aparılan abadlıq-quruculuq işləri, sosial sahədə görülən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, həyata keçirilən bütün layihələrin əsas məqsədi vətəndaşların rifah halının yüksəldilməsi və onların müraciətlərinin operativ şəkildə həll olunmasıdır.
Rayon rəhbəri sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.
Qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






