Rayon ərazisində su ehtiyatlarının artırılması və səmərəli istifadəsi ilə bağlı tədbirlər davam etdirilir
23 sentyabr 2022 | 17:02
Qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, çaylarda sululuğun və yağıntıların xeyli azalması, kənd təsərrüfatının inkişafı, əkin sahələrinin suvarmasının və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir. Bununla əlaqədar rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov və məsul şəxslərin iştirakı ilə Cəlilabad şəhər, Uzuntəpə və Muğan kəndlərində su bəndlərinin tikintisi işlərinə baxış keçirilmişdir.