Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində aparılan abadlıq işlərinə baxış keçirilib

21 noyabr 2024 | 18:40

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq Cəlilabad rayonunda aparılan abadlıq işləri sürətlə davam etdirilir.

Görülən işlər çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul işçiləri və ərazi icra nümayəndələri ilə birgə rayon ərazisində aparılan abadlıq işlərinə baxış keçirmişdir.

Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağı qeyd edilib, bu ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir.

Cari il ərzində Cəlilabad rayonunda dəfələrlə kütləvi ağacəkmə aksiyaları keçirilib. Ümumilikdə isə cari ildə rayon ərazisində 34 min ağac və gül kolları əkilib. İlin sonuna qədər isə 10 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayon ərazisində yaşıllıqların salınması və bu istiqamətdə görüləcək işlərin genişləndirilməsinə dair aidiyyəti şəxslərə göstəriş və tapşırıqlarını vermişdir.

Keçidlər