Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri idmançı Əhəd Həmzəlini qəbul etmişdir

04 iyul 2025 | 14:48
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov boks idman növünün “WBS” versiyası üzrə beynəlxalq yarışda qələbə qazanan idmançı Həmzəli Əhəd Əhməd oğlunu qəbul etmişdir.
Qəbul zamanı idmançı haqqında məlumat verilərək bildirilmişdir ki, Əhəd Həmzəli bir sıra yarışlarda yaxşı nəticələr əldə etmiş və son olaraq 2025-ci ilin iyun ayında Qazaxıstan Respublikasının Taraz şəhərində keçirilən boks idman növünün “WBS” versiyası üzrə keçirilən yarışda qalib olmuşdur.
Rayon rəhbəri idmançını qazandığı qələbələr münasibəti ilə təbrik edərək, son zamanlar Cəlilabad idmançılarının qazandığı uğurların, qələbələrin qürurverici olduğunu vurğulayıb.
İdmançı ilə səmimi söhbət edən icra başçısı onun təəssüratlarını dinləyib, ona bundan sonra da yeni zirvələr fəth etməyi, üçrəngli bayrağımızı uca zirvələrdə dalğalandırmasını arzulayıb.
Görüşün sonunda xatirə şəkili çəkilib.
Keçidlər