Şriftin ölçüsü :

Saytın rəngi :

Sahibkarlar da dövlətin müəyyən qədər yükünü öz üzərlərinə götürürlər

04 avqust 2023 | 18:00

Son illər rayonda abadlıq-quruculuq və yenidənqurma işləri davamlı olaraq həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində bir çox sahələrdə yüksək nailiyyətlər əldə edilmişdir. Şəhərdə aparılan ekoloji tarazlıq işləri, təmizlik işləri sahibkarların da bu sahəyə diqqətini cəlb edərək onları sosial aktivliyə və müəyyən hallarda dövlətin müəyyən qədər yükünün öz üzərlərinə götürülməsi ilə nəticələnmişdir.

Belə ki, 04 avqust 2023-cü il tarixdə Cəlilabad rayonundan olan sahibkar rayonda gedən abadlıq-təmizlik işlərini dəstəkləyərək ilkin mərhələdə 10 ədəd hər birinin tutumu
1 (bir) tonluq olan müasir, təkərli və estetik görünüşlü zibil qablarını əhalinin istifadəsinə təqdim etmişdir.

Rayon icra hakimiyyəti və rayon sakinlərinin adından sahibkara minnətdarlığımızı bildiririk.

Keçidlər