Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinə orden və medallar təqdim edilib

26 dekabr 2023 | 19:02

Cəlilabadda, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, anti-terror əməliyyatı zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə orden və medallar təqdim edilib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin rəisi Arif Həsənov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov, hərbi qulluqçular  və şəhid valideynləri iştirak etmişdir.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov mərasimdə bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında istər 44 günlük Vətən Müharibəsində, istərsə də 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirlərində Azərbaycan Ordusu öz şücaətini, qüdrətini bütün dünyaya göstərərək 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, dünyanın ən peşəkar orduları sırasına yüksəlmişdir.

Rayon rəhbəri torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını bildirərək, onların əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını qeyd edib.

Sonra Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.

Şəhid ailələri göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər