Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhməd Abdullayevin ailəsi ziyarət olunub

03 yanvar 2024 | 18:14

Cəlilabad rayonunda şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bugün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Əhməd Abdullayevin ailəsini ziyarət etmiş, onların qayğı və problemləri ilə maraqlanmışdır. Eyni zamanda şəhid ailəsi qəhrəman övladının xatirələrini qonaqlarla bölüşmüşlər.

Ziyarət olunan şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.

Keçidlər