Şəhid Əmrah Hüseynlinin ailəsi ziyarət olunub
8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Hüseynli Əmrah Namiq oğlunun ailəsini ziyarət etmişdir.
Rayon rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək, bu sahədə həyata keçirilən işlərin Cəlilabadda da davam etdirildiyini qeyd edib.
Şəhidin ailəsi söhbət zamanı şəhidin şərəfli həyat yolundan danışıb, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını bildirib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






