Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əmrah Hüseynlinin xatirəsinə həsr olunmuş tamaşa nümayiş olunub

29 noyabr 2024 | 17:41

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində nümayiş olunan tamaşanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, hüquq-mühafizə orqanları, idarə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər izləyiblər.

Tamaşanın nümayişindən əvvəl şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Cəlilabad Xalq Teatırının aktyorlarının ifasında nümayiş etdirilən tamaşada Vətən müharibəsində ordumuzun əsgər və zabitlərinin igidliyi obrazlı şəkildə ifadə olunub.

Sonda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, şəhidin anası Yeganə Hüseynova və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov şəhidin həyatından, döyüş yolundan və göstərdiyi qəhrəmanlıqlardan danışmışlar. 

Keçidlər