Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynalı Nəbiyev Cəlilabadda torpağa tapşırılıb

16 sentyabr 2022 | 15:38

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Nəbiyev Hüseynalı Hikmət oğlu Cəlilabad rayonunun Bəcirəvan kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov, Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri və şəhidin doğmaları iştirak etmişlər.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı Hüseynalı Nəbiyevin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər