Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Isa Kəlbiyev Göytəpə şəhərində torpağa tapşırılıb

16 sentyabr 2022 | 20:20

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Kəlbiyev İsa Rəhim oğlu Cəlilabad rayonunun Göytəpə şəhərində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin sədr müavini Fəzail İbrahimli, deputatlar Malik Həsənov, Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri şəhidin doğmaları və hərbiçi yoldaşları iştirak etmişlər.

Mərasim iştirakçıları şəhidimizi “Qarabağ Azərbaycandır”, "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları səsləndirərək, son mənzilə yola salıblar.

Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib, tabut üzərinə çəkilmiş üçrəngli Azərbaycan bayrağı İsa Kəlbiyevin atasına təqdim edilib, şəhidin xatirəsinə yaylım atəşı açılıb.

Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər