Şəhid Nahid Məmmədovun ev-muzeyi ziyarət olunub
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Nahid Məmmədovun ev-muzeyini ziyarət edib.
Ziyarət zamanı iştirakçılar şəhidin döyüş yolu və ev-muzeyindəki əşyaları haqqında məlumatlandırılıblar.
Qeyd edək ki, Nahid Məmmədov 1990-cı ildə Cəlilabad rayonunun Vənlik kəndində anadan olub. O, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Nahid Məmmədov “İgidliyə görə” medalı, “Vətən uğrunda” medalı və “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.






