Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Qadir Heydərovun məzarı ziyarət edilib

06 yanvar 2024 | 12:21

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov və Milli Məclisin deputatı Malik Həsənov Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki məzarını ziyarət ediblər.

Şəhidimizin ruhuna dua oxunub və məzarı önünə tər güllər düzülüb.
Qadir Ədalət oğlu Heydərov 11 may 1998-ci ildə Cəlilabad rayonunun Əsədli kəndində anadan olmuşdur. O, 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb. Qadir Heydərov İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib.
Heydərov Qadir Ədalət oğlu 29 oktyabr 2020-ci ildə Qubadlı döyüşləri zamanı şəhid olub. 22 yaşlı şəhidimiz Qadir Heydərov Abşeron rayonunun Mehdiabad qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən Qadir Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Keçidlər