Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəşad Qənbərli son mənzilə yola salınıb

16 sentyabr 2022 | 20:34

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət etmiş hərbi qulluqçusu, əsgər Qənbərli Rəşad Əlizamin oğlu Cəlilabad rayonunun Uzuntəpə kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, deputat Elman Nəsirov, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin doğmaları və hərbiçi yoldaşları iştirak etmişlər. Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.

Kənd qəbiristanlığındakı dəfndə izdiham yaşanıb və insanlar "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı səsləndiriblər. Dəfn mərasimində cənazənin üzərindəki üçrəngli Azərbaycan bayrağı şəhidin atası Əlizamin Qənbərova təqdim olunub, havaya yaylım atəşi açılıb.

Allah şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər