Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Seymur Şabıyevin ailəsi ziyarət olunub

13 yanvar 2024 | 17:30

13 yanvar 2024-cü il tarixdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Seymur Şabıyevin ailəsini ziyarət edib.

Rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhidin ailəsinin qayğı və problemləri ilə maraqlanmışdır.  

Ziyarət zamanı şəhid  Seymur Şabıyevin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Eyni zamanda şəhid ailəsi qəhrəman övladının xatirələrini qonaqlarla bölüşmüşlər. Şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı bildirilib.

Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişlər.

Keçidlər