Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ümüd Qasımzadənin xatirəsinə həsr olunan ağırlıqqaldırma yarışı keçirilib

13 oktyabr 2025 | 16:22

Cəlilabad rayonunun Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə şəhid ağırlıqqaldıran Ümüd Qasımzadənin xatirəsinə həsr olunan rayon turniri keçirilib.

Yarışın açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha  sonra Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Yarışın nəticəsinə uyğun olaraq qaliblərə diplom və medallar təqdim olunub.

Tədbirdən sonra Ümüd Qasımzadənin məzarı ziyarət edilib.

Keçidlər