Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid valideynləri ilə çay süfrəsi ətrafında görüş keçirilib

16 aprel 2024 | 12:44

Çay süfrəsi ətrafında keçən görüşdə RİH başçısı Rafiq Cəlilov şəhid ataları ilə səmimi söhbətlər aparıb. Rayon rəhbəri əvvəlcə dövlətin bu təbəqə nümayəndələrinə diqqət və qayğısından danışıb. Dövlət başçısının həmin təbəqə nümayəndələrinə göstərdiyi diqqət və qayğısından bəhs edən rayon rəhbəri mövcud olan xırda sosial problemlərin zaman-zaman tamamilə həll olunacağını bildirib. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən sosial proqramların sürətlə və ardıcıllıqla reallaşdığından bəhs edən rayon rəhbəri Azərbaycan dövlətinin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə yüksək diqqət və qayğı göstərdiyini vurğulamışdır.

Daha sonra belə səmimi atmosferdə görüş təşkil etdiyinə görə rayon rəhbərinə təşəkkür edilib. Hər bir şəhid atası dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər