Səyyar ASAN xidmət avtobusu Cəlilabadda vətəndaşlara xidmət göstərəcək
30 iyun 2026 | 15:47
Cəlilabad rayonunda 01-30 iyul 2026-cı il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı “ASAN xidmət” mərkəzinin Səyyar Xidmətin təşkili sektorunun əməkdaşları tərəfindən vətəndaşlara səyyar xidmət göstəriləcəkdir.
Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 138 – (Qala qapısının qarşısı)






