Şriftin ölçüsü :

Saytın rəngi :

Şiləvəngə kəndində artezian quyusu qazılır

11 mart 2023 | 21:44

Cəlilabad-Yardımlı magistral avtomobil yolunun Şiləvəngə, Abışabad  kəndlərindən keçən sağ və sol hissəsində 5 kilometr məsafədə əkilmiş şam ağaclarının suvarılmasını təmin etmək məqsədilə rayonun Şiləvəngə kəndində artezian quyusu qazılır. Artezian quyusu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun təşəbbüsü ilə Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı və vətəndaşlar tərəfindən Şiləvəngə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Şiləvəngə bələdiyyəsi tərəfindən həyata keçirilir.

Keçidlər