Sosial xidmət sahəsində dövlət sifarişlərinin verilməsi ilə həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, həmçinin layihələr çərçivəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməsi barədə tədbirlər keçirilmişdir
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramının icrası ilə bağlı tədbirlərr planının 8.6.2-cı tapşırığına əsasən Cəlilabad rayonunda dövlət sosial xidmət müəssisəsi yoxdur, lakin Cəlilabad rayonunda 4 ildən çoxdur ki, qeyri hökümət təşkilatının təşkilatçılığı ilə “Günərzi qayğı mərkəzi” və “Rabilitasiya mərkəzi” fəaliyyət göstərir. Burada 18 yaşdan aşağı xüsusi qayğıya ehtiyacı olan, əlil, valideyini itirmiş, aztəminatlı və digər imtiyazlı uşaqlar sosial xidmətlərdən istifadə edirlər. Burada uşaqlara gündəlik üç öyün yemək verilir. Lapoqed, psixoloq və digər xidmətlər göstərilir. Mərkəzə Sosial Xidmət Agentliyinin nümayəndələri tərəfindən həftədə iki dəfə monitorinq keçirməklə nəzarət edilir.