Şriftin ölçüsü :

Saytın rəngi :

Soyuqbulaq kəndində zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq keçirilib

01 mart 2023 | 15:08

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlardan  istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və qanunvericiliyə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti ciddi araşdırma işləri apararaq zəruri tədbirlərin həyata keçirilməsi işini sürətlə davam etdirir.

Zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində həyata keçirilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov və digər səlahiyyətli şəxslər tərəfindən Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinə aid olan Soyuqbulaq kəndində Məmmədov Seyfəddin Qurbanəli oğlunun bələdiyyə torpaqlarından zəbt etdiyi 1,70 hektar əkin sahəsi, meşə sahəsi və gölün ərazisi zəbtdən azad edilərək, ümumilikdə 3,70 hektar sahə kənd əhalisinin ümumi istifadəsinə verilmişdir.  

Keçidlər