“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən şəxslərə kömək göstərmək, bu insanların həyatlarını xilas etmək, eləcədə xəstəliyin genişlənməsinin qarşısının alınması yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.
Cəlilabad Rayon İcra Hakimiyyəti, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 6 may 2026-cı il tarixdə saat 10:00-dan başlayaraq Cəlilabad rayonunda qanvermə aksiyası keçirilmişdir. Bu məqsədlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında əvvəlcədən hazırlıq işləri görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.
Qanvermə aksiyasında Cəlilabad rayonunda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat kollektivləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyə və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaqdır.






