Tələbələrlə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici görüş keçirilmişdir
27 noyabr 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin və ADPU-nun Cəlilabad filialının birgə təşkilatçılığı ilə tələbələrlə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində maarifləndirici görüş keçirilmişdir.
“Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!” şüarı altında cəmiyyətin diqqətini qadınlara və qızlara qarşı zorakılıq probleminə çəkmək məqsədi ilə keçirilən maarifləndirmə görüşündə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi- Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova çıxış etmişdir. O, qadınların öz hüququnu bilməməsi, onların fəallığının artırılması, aztəhsilli və iqtisadi asılılığı olan qadınların daha çox zorakılığa məruz qalması ilə bağlı çıxış edərək, qadınların fiziki, psixoloji problemlərlə yanaşı, həm də iqtisadi problemlərlə üzləşdiyini görüş iştirakçılarına bildirmişdir. Həmçinin rayon icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun işi və Qaynar Xətt barədə görüş iştirakçılarına məlumat verilmişdir.