Torpaqların zəbtdən azad edilməsi işləri davam etdirilir
11 sentyabr 2023 | 17:46
Zəbt edilmiş torpaqların zəbtdən azad edilməsi və qanuni dövriyyəyə qaytarılması ilə əlaqədar Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 2022-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən Cəlilabad rayonu ərazisində zəbt olunmuş torpaq sahələrinin zəbtdən azad olunması işləri davam etdirilir. 11 sentyabr 2023-cü il tarixində komissiya tərəfindən Cəlilabad rayonunun Təklə kəndində bələdiyyə mülkiyyətinə aid 10,0 ha torpaq sahəsi zəbtdən azad edilərək bələdiyyəyə təhvil verilmişdir.