Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqların zəbtdən azad edilməsi prossesi davam etdirilməkdədir

19 oktyabr 2023 | 18:30
Belə ki, Cəlilabad rayon, Günəşli kənd ərazisində Bələdiyyə mülkiyyətinə aid yaşayış məntəqələri torpaqlarından 0,05 ha torpaq sahəsi (vətəndaşların mal-qarasının örüşə gediş-gəliş yolu) zəbt edilmişdir. Rayon icra hakimiyyəti başçısının tapşırığı ilə başçının müavini, rayon icra hakimiyyətinin torpaq ekspertləri, Günəşli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri və polisin iştirakı ilə zəbt edilmiş 0,05 ha torpaq sahəsini zəbtdən azad edərək hasara alınmış metal torla çəpərlənmiş ərazi sökülərək vətəndaşların ümumi istifadəsinə təqdim edilmişdir.
Rayon ərazisində zəbtetmə hallarının qarşısının alınması üçün rayon icra hakimiyyətində yaradılmış Komissiya tərəfindən bu istiqamətdə işlər davam etdirilməkdədir.
Keçidlər