Şriftin ölçüsü :

Saytın rəngi :

Üçtəpə kəndində 8 noyabr-Zəfər Günü münasibətilə yeni idman zalı istifadəyə verilib

04 noyabr 2022 | 09:35

03 noyabr 2022-ci il tarixdə 8 noyabr-Zəfər Günü münasibətilə Cəlilabad rayonunun Üçtəpə kəndində "Kung-fu" idman zalının açılışı olub. Açılış mərasiminə Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Gənclər və İdman idarəsinin, Masallı Regional Mədəniyyət idarəsinin Üçtəpə kənd mədəniyyət evinin, kənd bələdiyyəsinin kollektivi, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi E. Hüseynov, RİH-nin əməkdaşı, Vətən müharibəsi qazisi Emil Şəmmədov çıxışlarında dövlətin idmana və idmançılara göstərdiyi yüksək qayğıdan danışıblar.

Qeyd ediblər ki, idmançılar hər zaman ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını hiss edirlər.

Digər çıxış edənlər kəndlərdə fəaliyyət göstərən idman zallarının gələcəkdə bu idman növünün daha da inkişaf edəcəyinə, yeni Dünya, Avropa çempionlarının yetişməsinə töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, "Kung-fu" idman zalı məşqçi-müəllim, idman ustası Elvin Mustafayevin təşəbbüsü ilə Üçtəpə kəndində açılmış və hal-hazırda kənddə 50-dən çox yeniyetmə idmançı bu idman növünün sirlərinə yiyələnirlər.

Keçidlər