Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndələrinin iştirakı ilə "Ulu Öndərin izi ilə" adlı tədbir keçirilib
Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə regional nümayəndəliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Ulu Öndərin izi ilə" adlı tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Xumarə Xəlilova, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay İbadova, Uşaq Səfirlər Məclisinin Cəlilabad rayonu üzrə nümayəndəsi Nuray Məmmədli və Cəlilabad şəhər Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbir Ulu Öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndərin fəaliyyətində həmişə xalqa arxalanmasından, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsiynən səciyyələnən fəaliyyətindən ətraflı bəhs edilmişdir. Eyni zamanda bu gün həmin siyasətin cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyindən söz açılmışdır. Nümayəndələr bildiriblər ki, bugünkü uşaqlar dahi liderin yadigar qoyduğu ənənələri daim qoruyacaq və növbəti nəsillərə ötürəcəklər.
Daha sonra tədbirdə uşaqlar musiqi nümunələri nümayiş etdiriblər.