Şriftin ölçüsü :

Saytın rəngi :

Uzuntəpədə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

02 fevral 2026 | 12:43

Uzuntəpə bələdiyyəsinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov iştirak edərək yaşıllıqların artırılması və ekoloji mühitin qorunmasının vacibliyini vurğulayıb. Rayon rəhbəri bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini qeyd edərək, yerli icra strukturlarının və bələdiyyələrin şəhərsalma siyasətinə uyğun şəkildə həyata keçirdiyi layihələrin təqdirəlayiq olduğunu bildirib.

Tədbir zamanı 150 ədəd Sərv, 150 ədəd Eldar şamı ağacı əkilib və ərazinin abadlaşdırılması istiqamətində praktiki işlər görülüb. Aksiya yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji tarazlığın qorunmasına töhfə vermək məqsədi daşıyıb.

Keçidlər