Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

24 oktyabr 2025 | 14:41

Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəblilər üçün 8 noyabr-Zəfər Gününə həsr olunan “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir təşkil olunub. 

Tədbirdə rayon icra hakimiyyətinin, rayon təhsil sektorunun əməkdaşları, Vətən müharibəsi iştirakçıları və müəllim-şagird kollektivi iştirak ediblər. 

Şəhid Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəbdə təşkil edilən tədbir Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin və qəhrəman müharibə iştirakçılarının həyat yolunu gənc nəslə tanıtmaq, vətənə bağlılıq hissini aşılamaqdır. 

Vətən müharibəsi iştirakçıları çıxışlarında Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən, keçdikləri döyüş yolu ilə bağlı xatirələrindən və qəhrəman Vətən övladlarının igidliklərindən danışıblar. 

Keçidlər