Vətən Müharibəsi şəhidi baş leytenant Asif Kərimovun ailəsi ziyarət olundu
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 günlük Zəfərlə başa çatan Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Asif Kərimovun xatirəsi ehtiramla anılır.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları və hüquq-mühafizə orqanlarının rəhbərləri Ləzran kəndində Vətən Müharibəsi şəhidi Asif Kərimovun ata ocağını ziyarət edərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.
Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.