Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

29 oktyabr 2022 | 18:02

29 oktyabr 2022-ci il tarixində Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş şahmat turniri keçirilmişdir.

Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan rayonlarından gəlmiş 8 oğlan və 8 qız şahmatçıların iştirakı ilə turnir ¼, yarımfinal və final oyunundan ibarət 3 mərhələ üzrə baş tutmuşdur. Burinci mərhələnin nəticələrinə görə oğlanlar arasında Lənkəran, Astara, Biləsuvar, Cəlilabad şahmatçıları, qızlar arasında Masallı, Salyan və Lənkəran şahmatçıları uğur qazanmışlar.

Yarımfinalın nəticələrinə görə oğlanlar arasından finala vəsiqə qazanan Lənkəran və Cəlilabad şahmatçılarından Cəlilabad şahmatçısı Ümid Nəzərov, qızlardan Salyan və Masallı şahmatçılarından Masallı şahmatçısı Ləman Bəyoğlanlı uğur qazanaraq D qrupu üzrə qalib adına yiyələnmiş və play-off mərhələsinə vəsiqə qazanmışlar.

Turnirin play-off mərhələsi 07 noyabr 2022-ci il tarixdə Ucar şəhərində keçiriləcəkdir.

Keçidlər