Yerli məhsulların satışına dəstək istiqamətində mövcud imkanlar, çətinliklər və perspektivlərə dair görüş keçirilib.
Cəlilabad Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi-nın təşkilatçılığı ilə yerli məhsulların satışına dəstək istiqamətində mövcud imkanlar, çətinliklər və perspektivlərə dair görüş keçirilib. Aidiyyəti qurumlar müvafiq sahədə dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və dövlət dəstəyin təmin edilməsi istiqamətində biznes mühitinin yaxşılaşdırılmasında yaxından iştirak edir. Tədbirdə İqtisadiyyat Nazirliyinin Lənkəran regional bölməsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Ehtiyatları Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, 6 saylı Ərazi Vergilər Baş İdarəsi, Aqrar Sığorta Fondu, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzi və "ABAD" publik hüquqi şəxsin nümayəndələri və 30-ə yaxın sahibkar iştirak ediblər.
Görüşdə fermer və sahibkarlara kənd təsərrüfatı sahəsində mövcud dəstəy mexanizmləri, istehsal olunan məhsulların tədarükü, mövcud satış mexanizmləri haqqında, innovativ təcrübələrin yaradaılmasına sahibkarların təşfiq edilməsi və güzəşt mexanizmlərinin olması haqqında məlumatlar verilmişdir.
Tədbir zamanı fermer və sahibkarların sualları eşidilmiş, kənd təsərrüfatı məhsullarının dövlət ehtiyatları məqsədilə tədarük edilməsi istiqamətində müzakirələr aparılmış və bu istiqamətdə ətraflı məlumat verilmişdir. Eyni zamanda mövcud çətinliklər və təklifləri alınmış, ərzaqlıq buğdanın istehsalında olan problemlər ətrafında fikirlər səsləndirilmişdir.






