Şriftin ölçüsü :

Saytın rəngi :

Zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq Kazımabad kəndində keçirilib

13 avqust 2022 | 18:42

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaqlardan  istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və qanunvericiliyə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti ciddi araşdırma işləri apararaq zəruri tədbirlərin həyata keçirilməsi işini sürətlə davam etdirir.
Zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Kazımabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində həyata keçirilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun müvafiq göstərişinə əsasən başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov və digər səlahiyyətli şəxslər tərəfindən nümayəndəliyin ərazisində zəbt edilmiş torpaqların monitorinqi aparılmış və 20 hektardan çox ərazi ümumi örüş sahəsi kimi Kazımabad kənd əhalisinin istifadəsinə verilmişdir.
Qeyd edək ki, aparılacaq monitorinqlər zamanı qanunsuz olaraq istifadə edilən zəbt torpaq sahələrinin yenidən icarə müqaviləsi əsasında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və digər şəxslərə verilməsi nəzərdə tutulmuşdur.

Keçidlər