Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfər Kuboku" uğrunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyinə start verilib

04 noyabr 2022 | 09:06

03 noyabr 2022-ci il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman idarəsinin, Lənkəran-Astara Regional Təhsil İdarəsinin, YAP Cəlilabad rayon təşkilatının, Masallı Regional Mədəniyyət idarəsi Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku” uğrunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyinə start verilib.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Cəlilabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramil Əmənov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Ağaxan Ağayev, ATİAHİ Cəlilabad komitəsinin sədri Nəbi İsgəndərov, Heydər Əliyev Mərkəzinin direktoru Ofelya Qəhrəmanova çıxış edərək qeyd ediblər ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bilik yarışında 15 ümumtəhsil və 1 Peşə Təhsil Mərkəzinin komandası iştirak edir.

Keçidlər