Şriftin ölçüsü :

Saytın rəngi :

İH-nin başçısı

Cəlilov Rafiq Əsgər oğlu 1963-cü il  13 yanvar tarixində anadan olmuşdur. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirmişdir. 1984-1989-cu illərdə Ukrayna Respublikasının “Krivorojstal” metallurgiya kombinatında nəzarət-təftiş brosunun rəisi vəzifəsində çalışmışdır. 1990-cı ildən Xəzər Dəniz Gəmiçilik İdarəsində, özəl sektorda, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2006-cı il tarixli Sərəncamı ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2021-ci il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı  vəzifəsinə təyin edilmişdir. Ailəlidir, 3 övladı var.
Keçidlər