Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2025-ci ildə Cəlilabad rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalının dəstəklənməsi üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası daim diqqət mərkəzində saxlanılmış, kənd təsərrüfatında yüksək istehsal göstəricilərinə nail olunmuşdur. Rayon ərazisində 52900 hektarda buğda, 13450 hektarda arpa, 4590 hektarda vələmir, 7520 hektarda noxud, 600 hektarda mərci, 60 hektarda lərgə, 3100 hektarda kartof, 168 hektarda  tərəvəz, 75 hektarda qarğıdalı, 320 hektarda günəbaxan əkilmiş, 650 hektar çiyələk sahəsində və 1430 hektar üzüm bağında aqrotexniki işlər aparılır. Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 188324 ton buğda, 42335 ton arpa, 11650 ton vələmir, 7901 ton noxud, 660 ton mərci, 69 ton lərgə, 93044 ton kartof, 1224 ton tərəvəz, 263 ton qarğıdalı, 1543 ton günəbaxan, 18390 ton çiyələk və 18870 ton üzüm istehsal olunmuşdur. Çiyələk və üzüm bağlarında aqrotexniki işlər aparılır. Rayonda 1020 hektar sahədə kartof və 645 hektar sahədə qarğıdalı məhsulu üzrə təkrar əkin aparılmışdır. Təkrar əkindən 20400 ton kartof, 1275 ton qarğıdalı istehsal edilmişdir. Baramaçılığın inkişaf etdirilməsi üçün 10 qutu ipəkqurdu kümçülərə paylanmış və 170.3 kiloqram barama istehsal edilərək “Şəki İpək” ASC-yə təhvil verilmişdir. Heyvanların cins tərkibi yaxşılaşdırılmış, 5173 baş inək süni mayalandırılmış və mayalanma yolu ilə 3032 baş bala alınmışdır. Heyvandarlığa göstərilən qayğı nəticəsində şəxsi və fermer təsərrüfatlarında  iribuynuzlu mal-qaranın sayı 93564 başa, qoyun-keçilərin sayı 113435 başa, quşların sayı isə 577250 başa çatdırılmışdır. 2025-ci il ərzində 14639 ton ət, 72449 ton süd, 28.4 milyon ədəd yumurta, 230 ton yun istehsal edilmişdir.

Rayonun fasiləsiz elektirik enerjisi ilə təmin edilməsindən ötrü elektirik şəbəkəsi tərəfindən müəyyən işlər görülmüşdür. 2025-ci ildə 1041 ədəd 0.4 kVa, 496 ədəd 10 kVa elektrik dayağı, 864 ədəd izolyator dəyişdirilmiş,  323 ədəd transformator cari təmir olunmuşdur.         Komanlı kəndində yenidənqurma işləri ilə əlaqədar 86 ədəd 10 kV-luq metal dayaq basdırılmış, 29020 metr SİP kabel çəkilmiş, 248 ədəd yeni kompozit dayaq basdırılmışdır. Günəşli kəndində 20820 metr SİP kabel çəkilmiş və 1000 ədəd 0.4 kV-luq kompozit dayaq, 12 ədəd 10 kV-luq dəmir dayaq basdırılmışdır. Göytəpə  şəhərinin Valeh Mehdiyev küçəsində yenidənqurma işləri ilə bağlı 36 ədəd 0.4 kV-luq dayaq basdırılmış, 520 metr SİP kabel çəkilmişdir. Hal-hazırda Komanlı və Şıxlar kəndlərinin elektrik təsərrüfatlarında yenidənqurma işləri yekunlaşmaq üzrədir, Günəşli və Soyuqbulaq kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir. “Asan Xidmət” mərkəzinin xətti ilə 110 vətəndaşın evinə elektrik enerjisinin verilişi bərpa edilmişdir.      

Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə xidmət sahəsi tərəfindən tədbirlər görülmüş, rayonun yaşayış məntəqələrinə təbii qazın normal verilməsi üçün qaz xəttlərində təmir-bərpa işləri aparılmışdır. Cəlilabad, Göytəpə şəhərlərində və rayonun kəndlərində ümumilikdə 10628 ədəd sayğac yenisi ilə əvəz edilmiş, yeni abonentlər üçün 167 ədəd sayğac quraşdırılmışdır. Cəlilabad rayonu ərazisidə 3 nəfər qazi evi qazlaşdırılmışdır. Bu işlərə 5 ədəd kran,169 pm uzunluğunda boru, 4 ədəd əymə sərf edilmişdir. Rayon ərazisində 753 ədəd qaz sayğaclarının əymə üsulla yenidən quraşdırılmasında 1115 pm boru, 299 ədəd kran istifadə olunmuşdur. Rayonun müxtəlif ünvanlarında 3030 ədəd aşkar edilmiş qazsızma halları aradan qaldırılmış, bu məqsədlə 311 ədəd qaz kranı, 125 ədəd fərdi qaz tənzimləyicisi, 162 ədəd əymə dəyişdirilmiş, 1537 pm uzunluğunda boru sərf edilmişdir. Cəlilabad şəhərində və Uzuntəpə kəndində istismara yararsız olan 6570 pm qaz xətti yeni borularla əvəz edilmişdir. “Azəriqaz” İB-nin Təmir-tikinti idarəsi tərəfindən rayonun M. Hüseyn küçəsindəki dalanlarda qaz kəmərləri yenilənmiş və istismara verilmişdir.  Cəlilabad şəhərinin Cavadxan küşəsinin genişlənmiş ərazisində Təmir-tikinti idarəsi tərəfindən yeni qaz xətləri çəkilərək istifadədəyə verilmişdir. Rayonun Hacıməmmədli və Mirzəli kəndlərinin qazlaşdırılması üçün küçə qaz xəttinin çəkilişi başa çatdırılmışdır. Sakinlərin təbii qazla təmin olunmaları üçün sənədləşmə işləri aparılır.

Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədi ilə şəhər və kəndlərdə ağac dayaqlar dəmir dayaqlarla əvəz edilmiş, hava xətlərində təmir bərpa işləri aparılmışdır. 2025-ci il ərzində 2674 ədəd yeni qoşulma olmuş, internet istifadçilərinin sayı 25671 nəfərə çatdırılmışdır. GPON layihəsi üzrə Cəlilabad və Göytəpə şəhərlərində və rayonunun kənd yaşayış məntəqələrində tikinti quraşdırma işləri başa çatdırılmışdır.  

Cəlilabad  Poçt filialı üzrə 19 poçt şöbəsi fəaliyyət göstərir. Poçt filialı tərəfindən 2025-ci ildə göndərilən bağlamaların sayı 3963 ədəd və daxil olan bağlamaların sayı isə 5501 ədəd olmuşdur.

Rayonda meliorasiya-irriqasiya işlərinin yaxşılaşdırılması üçün  463.9 min mkanal lildən təmizlənmiş, 11310 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmişdir.

2025-ci ildə əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür. Magistral su xəttinin təxliyyə su xətlərində və kanalizasiya xətlərində yaranmış qəzalar aradan qaldırılmışdır. Kanalizasiya quyularında 1610 metr məsafədə yaranmış tutulmalar mexaniki üsulla açılaraq əhalinin istifadəsinə verilmişdir.

Rayonda meliorasiya-irriqasiya işlərinin yaxşılaşdırılması üçün 463.9 min m3  kanal lildən təmizlənmiş, 23953 hektar əkin sahəsi  suvarma suyu ilə təmin edilmişdir. Sel və daşqın sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində rayon ərazisindən keçən Mişarçay, Qarayarçay və İncəçay çayları üzərində olan bəndlərdə sahilbərkitmə işləri aparılmışdır. 2025-ci ildə Cəlilabad rayonunda 6 sututarda (su anbarında) Hamarqışlaq, Sarıqaya, Privolnoye, Uzuntəpə-1, Uzuntəpə-2 və Ocaqlı sututarlarının təmir-bərpası işləri davam etdirilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti təmir-bərpa işlərini "Euroline" Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib. Sututarların təmir və bərpa olunmasında məqsəd əkin sahələrinin su təminatının yaxşılaşdırılmasıdır. Hazırda rayon ərazisində ümumi tutumu 28,5 milyon kubmetr olan 20 sututar mövcuddur.

Cəlilabad şəhəri, Heydər Əliyev prospektində “My City” MMC- tərəfindən çoxmənzilli yaşayış və qeyri-yaşayış (ticarət) binası, Cəlilabad şəhəri, Zərifə Əliyeva küçəsi ilə Qarabağ küçəsinin kəsişməsində yerləşən 2.35 ha torpaq sahəsində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi davam etdirilir. Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən Cəlilabad şəhərinin Xaqani Şirvani küçəsində sosial yönümlü çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə 3.5 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi işləri aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 14 aprel 2025-ci il tarixdə Sərəncam imzalayaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə 9 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 18 km olan Sərhədabad-Əliabad-Kürdlər-Xanılı-Eçara-Ağusəm-Cəngan, Soltankənd-Zəhmətabad avtomobil yolunun əsaslı təmir işlərinə başlanılmışdır. Bir sıra vətəndaşlarımız tərəfindən də abadlq-quruculuq işlərinə dəstək verilir ki, bunlardan rayonun Astanlı-Cəfərli-Zopun avtomobil yoluna və Zopun kəndinin daxili küçələrinə 6 km uzunluğunda asfalt örtüyü vurulmasını nümunə kimi göstərə bilərik. Digər fiziki şəxs tərəfindən isə Hamarqışlaq-Xəlilabad-Qarağac avtomobil yoluna asfalt örtüyünün vurulması məqsədilə hazırlıq işləri aparılmışdır. Hava şəraiti imkan verdikdən sonra asfalt örtüyünün vurulmasına başlanılacaqdır. 2025-ci il ərzində 176 fərdi yaşayış evinin tikinti niyyəti barədə məlumatlar Tikintilərin Dövlət reyestrində qeydiyyata alınmış, 5 qeyri-yaşayış obyektinin tikintisinə, 76 qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Rayonun Göytəpə şəhərinin gələcək inkişafını təmin edən əsas sənədlərdən biri olan baş planda diqqət mərkəzində olmuşdur. Layihə aidiyyəti qurumlar, mütəxxəssislər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə müzakirə edilmiş və Nazirlər Kabinetində təsdiq edilmişdir. Eyni zamanda büdcə vəsaiti hesabına şəhərdaxili küçələrin abadlaşdırılması və asfalt örtüyünün vurulması, küçə işıqlandırılmasının genişləndirilməsi, mövcud parklarda təmir bərpa işlərinin aparıIması, körpülərin əsaslı təmiri təmin edilmişdir.  2025-ci ildə ümumi uzunluğu 8274 metr olan 27 küçəyə, Cəlilabad şəhərində 2 çoxmənzilli yaşayış binasının həyətinə 1398 kvadratmetr asfalt vurulmuşdur. Göytəpə şəhərində Fəzail Bayramov küçəsində 322 metr piyada səkisi salınmışdır. Cəlilabad şəhərində uzunluğu 3465 metr olan 8 küçənin işıqlandırma işləri aparılmış, uzunluğu 1050 metr olan 3 küçəyə yağış sularının axıdılması məqsədilə su arxı çəkilmişdir. İlqar Zeynalov küçəsində 7, 9 saylı binaların arxa divarları rənglənmiş, İlqar Zeynalov 8 və 9 saylı,  Zərifə Əliyeva küçəsi 7, 8 və 15 saylı binaların giriş və pilləkəlarına metlax vurulmuş, tutacaqlar təmir edilmişdir. Cəlilabad şəhərinin Heydər Əliyev prospektinin 1400 metr hissəsində yeni borduyorlar quraşdırılmışdır. Heydər Əliyev adına parkda təmir və abadlıq işləri aparılmış,  Heydər Əliyev adına Seyrəngahda isə oturacaqlar təmir edilmişdir.

2020-2025-ci illər ərzində Cəlilabad və Göytəpə şəhərlərinin ərazisində ümumi uzunluğu 58 kilometr olan 113 küçəyə asfalt örtüyü vurulmuşdur. Ümumilikdə son beş ildə rayon ərazisində 100.1 kilometr asfalt örtüyü vurulmuşdur.

2025-ci ildə Cəlilabad və Göytəpə şəhərlərində, mənzillərin kanalizasiya xətlərində yaranmış nasazlıqlar aradan qaldırılmış, binaların zirzəmiləri çirkab sulardan təmizlənmişdir. Cəlilabad şəhərinin park və xiyabanlarında abadlıq və təmir işləri aparılmışdır. Cəlilabad və Göytəpə şəhərlərində yaşayış binalarının həyətindəki qanunsuz tikililər sökülmüşdür. Binaların həyətlərinə çınqıl döşənmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik ili” elan edilib. “Konstitusiya və Suverenlik ili” çərçivəsində rayon ərazisində ümumilikdə 29818 min müxtəlif növ ağac əkilmişdir.

Keçidlər