Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

2025-ci ildə Cəlilabad rayonunda əhaliyə mədəni-kütləvi və kitabxana xidmətinin həyata keçirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar Heydər Əliyev Mərkəzi , 60 kitabxana, 37 klub müəssisəsi, uşaq-incəsənət məktəbi,  uşaq musiqi məktəbi,  rəsm qalereyası və  Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Cəlilabad rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilinə xüsusi diqqət yetirilir. MKS-nin kitab fondu 370951 nüxsədir. Oxucu sayı 27522 nəfərdir, kitab verilişi 374331 ədəd olmuşdur. Tarix-Diyarşünaslıq muzeyində hazırda 4918 eksponat vardır. Ötən müddət ərzində tarixçilər tərəfindən 10 abidə aşkar edilərək təhlükəsizliyi təmin edilmişdir. Muzeyi il ərzində 5683 nəfər ziyarət etmişdir. Muzeydə ötən müddət ərzində 12 açıq dərs keçirilmiş, dərslərdə 340 şagird iştirak etmişdir. Cəlilabad Rayon Dövlət Rəsm Qalereyasında 208 eksponat vardır. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad rayon Mədəniyyə Mərkəzi ilə birgə tarixi və əlamətdar günlərlə bağlı tədbirlər keçirilmişdir.

Keçidlər