Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil

Rayonda 123 ümumtəhsil, 2 məktəbdənkənar, 20 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil müəssisələrinin 77-si tam orta , 35-i ümumi orta, 11 isə ibtidai məktəbdir. Rayon ümumtəhsil məktəblərində 2910 nəfər pedaqoji kadr fəaliyyət göstərir ki, bunlardan 2675 nəfəri ixtisas müəllimi, 235 nəfəri isə rəhbər pedaqoji kadrlardır.


Ötən müddət ərzində məktəblərdə 31606 şagird, o cümlədən I-V siniflərə 11331 nəfər, V-IX siniflərə 15694 nəfər, X-XI siniflərdə 4581 nəfər şagird təhsilə cəlb edilmişdir. 2025-2026-cı tədris ilində məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların sayı 2033 nəfər təşkil etmişdir.

Keçidlər